"Rafael Dvamena ilə aramızda çox gözəl münasibətlər vardı. Mənim üçün ağır itki oldu".
Vüsal İsgəndərli Sportinfo.az-a açıqlamasında "Eqnatiya"da komanda yoldaşı olan forvardın qəfil dünyasını dəyişməsi barədə danışarkən deyib.
Bədbəxt hadisə Albaniya çempionatının "Eqnatia" - "Partizani" matçı zamanı baş verib. Meydan sahiblərinin 28 yaşlı hücumçusu oyun zamanı ürək tutmasından dünyasını dəyişib.
İsgəndərli o anları belə xatırlayır:
"VAR-da bizim hücumla bağlı epizoda baxılırdı. Həmin anda Dvamena əlini düzlərinə qoyub oturmuşdu.
Baş hakim davam işarəsi verəndə qaçmaq istədi, lakin bir anda büdrəyib yerdə qaldı. Yanına ilk çatanlardan biri mən oldum. Di
linin qatlanmasına mane olmaq istəyirdim. Amma ağzını aça bilmədim. Çox dəhşətli anlar idi.
Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Uşaqlardan soruşdum ki, vəziyyətini necə öyrənə bilərəm?
Türk dilin bilən komanda yoldaşım dedi ki, artıq yolda dünyasın dəyişib".
XANOĞLAN

