Fond rəhbəri AFFA-nın qərarını “baltaladı”, qurumu fakt qarşısında qoydu

4 Oktyabr 2022 20:40 Hadisə 1 431
Fond rəhbəri AFFA-nın qərarını “baltaladı”, qurumu fakt qarşısında qoydu

AFFA Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilə müddətini uzatdı.

İtaliyalı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsinin sonuna qədər postunda qalacaq.

Assosiasiyanın sosial media hesablarında paylaşılan bu xəbər ictimaiyyətin narazılığına səbəb olub.

Etiraz edənlər arasında sıravi vətəndaşlarla yanaşı tanınmış şəxs də gözə dəyir.

“Sabah”ın Müşahidə Şurasının üzvü, Qarabağ Dirçəliş Fondunun İadrə Heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Hacıyev AFFA İcraiyyə Komitəsinin qərarına bu cür reaksiya verib:

“Qurban Qurbanov Millətlər Liqasının qrup mərhələsində ikinci yerə görə vəzifəsindən kənarlaşdırılmışdısa, De Byazi də eynən kənarlaşdırılmalı idi. Yoxsa, qərar ədalətsiz görünür. Bu, bir.

Bundan başqa, De Byazinin qarşısında hansı hədəflər qoyulmuşdu ki, onun işi məğbul hesab edilir? Motivasiyasız komandalarla xal qazanmağına görəmi bir il də işləməsi üçün imkan yaradılıb?

Və nəhayət, baş məşqçinin qarşısında yeni kontraktla hansı hədəflər qoyulub? KPİ-lər nədir?”

Rəhman Hacıyevin Azərbaycan futbolu və çempionatı ilə yaxından maraqlandığını qeyd edək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!