AFFA debütanta çıxış yolu təklif etdi - Biz satın alaq, siz 10 illik icarəyə götürün!

7 Noyabr 2025 15:00 Gündəm 2 126
AFFA debütanta çıxış yolu təklif etdi - Biz satın alaq, siz 10 illik icarəyə götürün!

AFFA Premyer Liqada debüt mövsümünü keçirən «İmişli»nin rəhbərliyinə yeni təklif irəli sürüb.

Klubun diqqətinə çatdırılıb ki, İmişli şəhər stadionu federasiya tərəfindən satın alına bilər.

Qurum 2004-cü ildə tikilən və hazırda istifadəsiz qalan futbol qurğusunu öz balansına keçirmək imkanı yaxalayıb. Bunun üçün 250 min manat ödəmək tələb olunur.

Sözügedən stadion MKT şirkəti tərəfindən inşa edilib. Ərazi isə Həmkarlar Konfederasiyasına məxsusdur.

AFFA hər iki tərəflə danışıqlar aparıb və müsbət irəliləyişə nail olub. İmişlinin hazırda iki klubu ölkə çempionatında yarışır. «İmişli» Premyer Liqada qüvvəsini sınayır, «Kür-Araz» isə II Liqada.

Stadionla bağlı yaranmış problemlərə görə hər iki komanda doğma rayondan uzaq düşüb. «İmişli» öncə Şamaxıya, indi Qubaya sığınıb. «Kür-Araz»a gəlincə, onlar ev oyunlarını Saatlıda qəbul edir.

AFFA problemin həllində «İmişli»yə yardımçı olmağa hazırdır. Təbii ki, bir şərtlə - klub arenanı 10 illik icarəyə götürməyə razılaşsa, federasiya da öz növbəsində həmin 250 min manatı ödəyəcək.

AFFA-nın anlatmaq istədiyi fikir budur - məhəbbət birtərəfli olmur. Əgər siz icarə kontraktına «okey» verəcəksizsə, biz də ödəməni edib, stadionu balansımıza keçirəcəyik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti