Ronaldonun transfer olacağı klub - Futbol tarixi belə məbləğ görməyib!

26 Noyabr 2022 10:00 Gündəm 5 051
Ronaldonun transfer olacağı klub - Futbol tarixi belə məbləğ görməyib!

“Mançester Yunayted”dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sahibi olduğu iki klubdan birinə transfer ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, həmin klublar İngiltərənin “Nyukasl” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klublarıdır.

Məlumata görə, Ronaldonun “Nyukasl”a transfer olmaq ehtimalı daha realdır. İddia edilir ki, Ronaldo Avropanın əsas futbol çempionatlarından birində oynamaq istəyir.

Ronaldo son müsahibəsi zamanı ərəb klubundan ona 250 milyon funt sterlinq dəyərində təklif gəldiyini təsdiq etmişdi.

Lakin o “Mançester Yunayted”də oynamaq istədiyi üçün təklifi qəbul etməyib. "Nyukasl"a transfer olmaq üçün Ronaldoya eyni miqdarda təklifin olduğu istisna edilmir.

Əlavə edək ki, "Mançester Yunayted" Ronaldo ilə müqaviləni pozub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!