Ermənilərin yeni terror təşkilatı: Şok xəbərdarlığa Bakıdan nə dedilər?

4 Mart 2021 12:30 Gündəm 2 200
Ermənilərin yeni terror təşkilatı: Şok xəbərdarlığa Bakıdan nə dedilər?

Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib ki, ermənilər qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb.

“VOMA” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “ASALA” nın törəmələrindən ciddi dəstək alır. ASİMED rəhbəri deyib ki, bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib.

Onun sözlərinə görə, “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “VOMA” adlanır.

Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər...

Eğilmez qeyd edib ki, ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir.

Dosentin iddiasına görə, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında, xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “VOMA” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib. Terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla, bütün xərcləri ödənilir. Məlumatda deyilir ki, “VOMA” üzvlərini Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir.

Дело Монте Мелконяна живет: VOMA вновь открыто вербует боевиков – ФОТО –  ВИДЕО | 1news.az | Новости

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindən irəli gəldiyini hesab edir. Eğilmezin fikrincə, gələcəkdə bu təşkilatın güclənib Türkiyə və Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır. Çünki ermənilərin terror təşkilatı yaratmaq kimi “ənənələri” var və bu cür təşkilatlara təəəssüf ki, bəzi dövlətlər dəstək də verir. Əslində Qarabağda məğlubiyyətdən sonra belə bir terror təşkilatının yaradılacağı barədə ermənilər tərəfindən də iddialar səslənirdi. Guya partizan kimi dağlarda mübarizə aparacaqdılar, PKK üslubunu mənimsəyəcəkdilər. Hətta istisna deyil ki, Azərbaycanın Hadrutda həyata keçirdiyi antiterror əməliyyat zamanı ələ keçən 62 nəfər erməni diversant elə “VOMA”nın ilk terrorçuları olub.

Təşkilatın rəhbərinin Rusiya vətəndaşı olmasını da nəzərdən qaçırmaq olmaz. Onun şimal qonşumuzda hansı dairələrə bağlantılarının olmasını təsbit etmək, bu istiqamətdə rəsmi Moskvanı məlumatlandırmaq lazımdır.

Ermənistan Dağlıq Qarabağda Yeni Terror Təşkilatı qurdu

Ötən il noyabrın 3-də Azərbaycan Baş Prokurorluğu “VOMA” təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərəfində döyüşən terrorçular adlandırıb. Öz növbəsində ermənilər iddia edirlər ki, “VOMA”, sadəcə, gənclərin tərbiyəsi ilə məşğul olan hərbi-vətənpərvərlik birliyidir. 2019-cu ilin fevralında V.Vartanov İrəvanda «Turan» agentliyinə verdiyi müsahibədə öz fəaliyyətinin detallarını, təşkilatının məqsədlərini açıqlamışdı və öz döyüş təcrübəsindən danışmışdı.

“Turan” agentliyi həmin müsahibəyə Vartanovun demədiyi bir şeyi də əlavə edib: o, fevralın 25-26-da Naxçıvanik kəndi ərazisində yerləşən dəstələrdən birinin komandiri olub və azərbaycanlı əhalinin Xocalıdan deportasiyasını izləyib. Belə güman etməyə əsas var ki, onun dəstəsi təkcə Azərbaycan qüvvələrinin əks-hücumunun qarşısını almayıb, hətta yüzlərlə dinc sakinin məhv edilməsində iştirak edib. Hələ o zaman Vartanov açıq şəkildə Azərbaycandakı milli azlıqları Azərbaycan hakimiyyətinə qarşı silahlı üsyana çağırırdı. O həmçinin bəyan edir ki, ermənilər yeni əraziləri tutmalı və Ermənistanın Azərbaycanla yeni sərhədi Kür çayı olmalıdır. O bildirmişdi ki, Kəlbəcəri vermək intihardır: “Bu, bizi bölmək və ayrı-ayrılıqda məhv etmək imkanı əldə etmək deməkdir. Biz bu axmaqlığı etməyəcəyik. Qubadlı, Laçın, Zəngilan da eyni şeydir”.

Ermenistan'ın terörist taburu: 'VoMa'

Vartanov müsahibəsində dediyi sözlərə görə gərək intihar edəydi, artıq Kəlbəcər hərbi kapitulyasiya nəticəsində bir güllə atılmadan erməni işğalından azad edilib, eləcə də Qubadlı, Laçın, Zəngilan, Şuşa tam nəzarətimizdədir. Amma görünür ki, Vartanov da “VOMA” adlı marginal qruplaşmasını fəallaşdırmaqla revanş haqda düşünənlərdən biridir.

İLHAM İSMAYIL:

İlham İsmayıl

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, o da bu təşkilat haqda mətbuatda gedən ilkin materiallarla tanışdır. İ.İsmayılın fikrincə, hiss olunur ki, “VOMA” barədə kifayət qədər əhatəli məlumat yoxdur. Onun sözlərinə görə, ermənilərin terrora meyilli olması, terrorçuluq fəaliyyəti 100 ildir dünyaya məlumdur, amma yeni yaranan təşkilat barədə daha çox informasiyaya çıxış imkanımız olmalıdır. “Ermənilərin ən böyük terror təşkilatı ”Asala" olub. Amma onlar 44 günlük müharibədə toplaşdılar, təşkilatlanmaq istədilər, arzuladıqları kimi alınmadı. Görünür, ASALA-nın hazırkı imkanları kifayət etməyib və yeni təşkilat istəyirlər. Amma hazırda “VOMA”ya terror təşkilatı demək üçün əsasımız yoxdur. Düzdür, onlar terrorun atributlarına yaxındırlar. Amma istər diversant qrupu olsun, istər terrorçu təşkilat, ilk nönvbədə bizim kəşfiyyat orqanları məlumatı artırmalıdırlar", - deyə İ.İsmayıl vurğuladı.

Ekspert hesab edir ki, müxtəlif əməliyyat metodları var, amma daha artıq informasiya əldə etmək vacibdir: “Onların hədəflərini müəyyən etməliyik. Bilməliyik ki, Qarabağda nələr törədə bilərlər, hansı tədbirlər görmək lazımdır. Əvvəlcə Laçın dəhlizində sərhədi bağlamalı, nəhayət, koridora nəzarəti götürməliyik. Əgər Laçın dəhlizinə nəzarəti götürməsək, istənilən şəxs keçib Qarabağda təxribat törədə bilər. Ona görə bu yöndə nə qədər informasiyamız çox olarsa yaxşıdır. Azərbaycan xüsusi xidmət orqanları, sərhəd qoşunları işləməlidirlər. Çünki informasiya müharibəsi dövrüdür, bizim isə yeni yaranan erməni təşkilatı haqda yetərli səviyyədə məlumatımız olmalıdır. Bu anlamda həm Türkiyə xüsusi xidmət orqanları, həm İsrail xüsusi xidmət orqanları ilə xəbər mübadiləsini artırmalıyıq, informasiyanı çoxaltmalıyıq, daha sonra Vartanovla bağlı nəinki vətəndaşı olduğu Rusiyanı, bütün dünyanı məlumatlandırmaq lazım olacaq. Ümumiyyətlə, bir silahlı dəstəni terror təşkilatı elan etmək, fəaliyyətinə qadağa qoymaq üçün kifayət qədər informasiya əldə etməliyik”.

Qulamhüseyn Əlibəyli: İşğal altında olan ərazilərimizin azad edilməsindən  sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilib

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli də “Yeni Müsavat”a qeyd etdi ki, “VOMA”nın Qarabağ ərazisinə keçidinin qarşısını almaq vəzifəsi Laçın dəhlizinə nəzarət edən Rusiya hərbi kontingentinin üzərinə düşür. Onun sözlərinə görə, rus sülhməramlıları bu işlə məşğul olmadığı üçün Azərbaycan Laçın dəhlizinə nəzarəti götürməlidir: “Bizim orada postlarımız qurulmalıdır ki, gəlib keçənlərə təkcə rus hərbçiləri yox, bizimkilər də nəzarət etsinlər. Həmçinin Türkiyə xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparmalıyıq. Fikrimcə, Savaş Eğilmezin etdiyi bu xəbərdarlığa diqqətsizlik göstərmək düzgün olmaz. Çünki ermənilər zaman-zaman terror aktları törədiblər, onlarda terrorçuluğun bir ənənəsi var”.

Digər Xəbərlər
Xəbər Lenti