"Azərbaycan millisi braziliyalılarla doludur" - XORVAT FUTZALÇI

1 Fevral 2020 16:45 Futzal 1 276
"Azərbaycan millisi braziliyalılarla doludur" - XORVAT FUTZALÇI

"Slovakiya ilə oyun dramatik alındı. Amma əsas odur ki, qalib gəldik. Ab-hava həqiqətən yaxşıdır və biz səbirsizliklə Rusiya ilə oyunu gözləyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Xorvatiya millisinin oyunçusu Franko Yelovçiç yerli mətbuata açıqlamasında deyib. DÇ-2020-nin elit raundunda bu gün qarşılaşacaqları Rusiya ilə oyundan danışan futzalçı millimizin ruslar üzərində qələbəsinə də toxunub:

"Rusiya nominal favorit hesab olunur. Amma gördük ki, bütün komandalar oynaya bilir. Hər oyun özlüyündə çətindir. Qrupumuzda hələ heç nə bilinmir. Azərbaycan millisi braziliyalı və Avropa təcrübəsi olan oyunçularla doludur. Onların Rusiya üzərində qələbəsi vəziyyəti daha da qəlizləşdirdi".

Elit-raundun III turunda Xorvatiya Rusiya ilə, Azərbaycan isə Slovakiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”