
PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qalte qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə Fransa polisi tərəfindən nəzarətə götürülüb.
Sportinfo.az xəbər verir ki, ilkin istintaq çərçivəsində Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları 6 nəfəri saxlayıb.
İş Nitsa prokurorluğunun nəzarəti altındadır. Hazırda şübhəlilərin və bu işdə iştirak edən şəxslərin evlərində axtarışlar aparılır. Qaltenin oğlu bir neçə saatdır ki, polis idarəsindədir.
Qətərin “Əl-Duhail” komandasının hazırkı baş məşqçisi Kristof Qalte bu ilin iyulunda PSJ-ni tərk edib. Parislilər onun rəhbərliyi altında Fransa çempionu və ölkə superkubokunun qalibi olublar.