“Bu, bizim üçün inanılmaz bir macəradır” – Millinin kapitanı

1 İyul 2024 18:20 Avropa çempionatı 546
“Bu, bizim üçün inanılmaz bir macəradır” – Millinin kapitanı

Gürcüstan millisinin kapitanı Quram Kaşia komandasının Avropa çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu bunun onlar üçün inanılmaz bir macəra olduğunu bildirib:

“Bu, bizim üçün inanılmaz bir macəradır. Nəyə nail ola bildiyimizlə fəxr edirik.

İspaniya ilə görüşdə qalib gələ bilmədik, amma yenə də, ölkəmizi belə mötəbər turnirdə təmsil etdiyimiz üçün çox şadıq”.

Villi Sanyolun komandası İspaniyaya uduzaraq, 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Gürcüstan millisi İspaniyaya 1:4 hesabı ilə uduzub. İspanların rəqibi 1/4 finalda Almaniya millisi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq