Avro-2024: Türkiyənin oyununun hakimi kim oldu?

29 İyun 2024 00:10 Avropa çempionatı 833
Avro-2024: Türkiyənin oyununun hakimi kim oldu?

Avro-2024-ün 1/8 final mərhələsinin Avstriya - Türkiyə görüşünün hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, oyunu Portuqaliyadan olan Artur Soares Diaş idarə edəcək.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Portuqaliyalı referi Avropa çempionatında daha əvvəl Polşa - Niderland və Danimarka - İngiltərə matçlarında ədaləti qoruyub.

Avstriya - Türkiyə qarşılaşması 2 iyun tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!