Gürcüstanlı - AVRO-2024-ün sürpriz bombardiri

28 İyun 2024 12:00 Avropa çempionatı 1 005
Gürcüstanlı - AVRO-2024-ün sürpriz bombardiri

Almaniyada keçirilən AÇ-2024-ün qrup mərhələsindən sonra bombardiri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, sürprizlərə imza atan Gürcüstan yığmasının forvardı Georges Mikautadze ən çox qol vuran oyunçuların siyahısına başçılıq edir.

Onun hesabında 3 qol var.

Forvard həmçinin qrup mərhələsində keçirilən hər 3 matçda qol vurmağı bacaran yeganə oyunçudur.

Bombardilər yarışında 5 futbolçu 2 qolla Mikautadzeni izləyir. Bunlar İvan Şranz (Slovakiya), Kodi Qakpo (Niderland), Razvan Marin (Rumıniya), Niklas Fülkruq və Jamal Musialadır (hər ikisi Almaniya).

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!