“Tramp, heç vaxt müharibə ilə lovğalanma”

6 Yanvar 2020 15:45 Dünya futbolu 1 149
“Tramp, heç vaxt müharibə ilə lovğalanma”

ABŞ yığmasının futbolçusu və qadınlar arasında “Qızıl top" mükafatına layiq görülmüş Meqan Rapino Birləşmiş Ştatların prezidenti Donald Trampı İrana hücümla bağlı tənqid edib.

Sportinfo.az xəbər verir ki, qadın futbolçu ABŞ dövlət başçısını müharibədən çəkinməyə çağırıb.

O, prezidentin müharibə ilə bağlı fikirlərini pisləyib. "Silahla birlikdə biz həmçinin insanlarımızı da göndərəcəyik. Onların əksəriyyəti gənc olacaqlar (amma şübhəsiz ki, sənin uşaqların yox).

Sən həqiqətən anlayırsan ki, nə danışırsan? Heç vaxt müharibə ilə lovğalanma Tramp, çünki bu o deməkdir ki, amerikalılar öləcəklər", - deyə futbolçu bildirib.

Daha əvvəl Donald Tramp özünün “Twitter”dəki səhifəsində yazıb: "Birləşmiş Ştatlar hərbi texnikaya iki trilyon dollar xərcləyib. Bizim dünyada ən böyük və ən yaxşı ordumuz var!

Əgər İran Amerika bazasına və ya istənilən başqa amerikalıya hücum etsə, biz yeni gözəl silahla hərbi hissəni göndərəcəyik … və tərəddüdsüz!"

Digər Xəbərlər
Xəbər Lenti