Bolqarıstanda 5 medal qazandı - Azərbaycanlı bədii gimnastlar: FOTOLAR

27 Aprel 15:20 Dünya futbolu 387
Bolqarıstanda 5 medal qazandı - Azərbaycanlı bədii gimnastlar: FOTOLAR

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə ediblər.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.

Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Ümumilikdə beş bürünc medal qazanan yığmamız komanda hesabında 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti