“Karyeramı bitirəndən sonra klub sahibi olmaq istəyirəm” - RONALDO

8 İyun 2023 22:00 Dünya futbolu 443
“Karyeramı bitirəndən sonra klub sahibi olmaq istəyirəm” - RONALDO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyaya çox bağlı olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, o, daha çox həmin ölkəyə yatırım edəcəyini vurğulayıb:

“Maliyyə cəhətdən daha çox İspaniyada yatırım edərdim. Həmin ölkəyə çox bağlıyam. İspaniyada evim var.

Ümid edirəm ki, gələcəkdə orada yaşayacam. Karyeramı bitirdikdən sonra bu haqda düşünəcəm.

Oyunçu kimi futbolla vidalaşdıqdan sonra futbol klubunun sahibi olmaq istəyirəm”.

Öncədən portuqaliyalı forvard daha 2-3 il futbolçu karyerasına davam edəcəyini bildirmişdi.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda forma geyinir. O, 2022/23 mövsümündə Ər-Riyad təmsilçisinin heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti