“Belə hərəkətlərə yer yoxdur” İnsidentlə bağlı açıqlama

8 İyun 2023 18:20 Dünya futbolu 450
“Belə hərəkətlərə yer yoxdur” İnsidentlə bağlı açıqlama

“Vest Hem” Avropa Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub edib (2:1).

Premyer Liqa təmsilçisinin azarkeşləri “Fiorentina”nın kapitanı Kristiano Biraqiyə yad əşyalar ataraq onu zədələyiblər.

Sportinfo.az xəbər verir ki, insidentlə bağlı “Vest Hem” rəsmi açıqlama yayıb:

“Klubumuz oyunun gedişatında meydançaya yad əşyalar atan azarkeşlərin davranışını qəti şəkildə pisləyir.

Futbolda belə hərəkətlərə yer yoxdur. Bu addım “Vest Hem” azarkeşlərinin ümumi dəyərini əks etdirmir.

İnsidenti bir daha diqqətlə araşdırmaq və təqsirli bilinən şəxslərə qarşı tədbir görmək məqsədilə hüquq-mühafizə orqanları ilə qarşılıqlı şəkildə çalışacağıq.

Həmin şəxslər cəzalandırılacaq. Nəticədə, onlar ev oyunlarımızı keçirdiyimiz stadiona daxil ola və komandanın səfər oyunlarında iştirak edə bilməyəcəklər. “Vest Hem” belə davranışları qəbul etmir!”

Xatırladaq ki, bu oyun Avropa Konfrans Liqasının ikinci final matçı idi. Turnirin ilk qalibi İtaliyanın “Roma” klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı