İngiltərə klubu Konfrans Liqasının kubokunu qazandı

8 İyun 2023 01:10 Dünya futbolu 515
İngiltərə klubu Konfrans Liqasının kubokunu qazandı

Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

turnirin final oyununda "Fiorentina" və "Vest Hem" üz-üzə gəlib.

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib.

Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.

"Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2
Qollar:
Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

Digər Xəbərlər
Xəbər Lenti