Azərbaycanlı hücumçudan etiraz: "Mən 109 yox, 111 qol vurmuşam"

28 İyun 2021 21:00 Dünya futbolu 799
Azərbaycanlı hücumçudan etiraz: "Mən 109 yox, 111 qol vurmuşam"

İran millisinin azərbaycanlı sabiq hücumçusu Əli Daei Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun onun dünya rekordunu təkrarlaması haqqında növbəti açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Ronaldo Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə Əli Daeinin dünya rekorduna şərik olub (109 qol).

36 yaşlı hücumçu daha bir dünya rekordunu qırmağa çox yaxın olsa da, Portuqaliya 1/8 finalda Belçika səddini aşa bilməyib və mübarizəni dayandırıb.

Ronaldo isə son oyunda qol vurmağa müvəffəq olmayıb. Əli Daei bununla bağlı AS-a açıqlamasında deyib: “Ronaldonun rekordumu qıracağını gözləyirdim.

Əslində millidə 109 yox, 111 qol vurmuşam, amma bunun artıq əhəmiyyəti yoxdur. İnanıram ki, oyun tərzi və yaxşı forması sayəsində Kriştiano daha çox qol vuracaq.

Bu rekordu qazanmağa layiq olduğunu bilirəm. Belə bir oyunçunun rekordumu təkrarlaması mənim üçün şərəfdir".

Əli Daei Asiya Oyunlarında Əfqanıstana 2 qol vurub. Lakin FİFA bu turnirdəki qolları hesaba almır. Qurum bu turnirdəki yığmaları Olimpiya milisi kimi qəbul edir.

Digər Xəbərlər
Xəbər Lenti