Portuqaliya qələbəni əldən verdi, İrlandiya son pilləyə düşdü - NƏTİCƏLƏR

28 Mart 2021 01:45 Dünya futbolu 1 256
Portuqaliya qələbəni əldən verdi, İrlandiya son pilləyə düşdü - NƏTİCƏLƏR

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin 2-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçirilib.

Azərbaycanın yer aldığı A qrupunda bu gün iki matç oynanılıb. İlk turda Azərbaycanı məğlub edən Portuqaliya yığması səfərdə Serbiyanın qonağı olub.

Bu oyun heç-heçə yekunlaşıb. İrlandiya millisi isə Lüksemburqla qarşılaşmadan minimal hesabla məğlub ayrılıb.

G qrupunda yer alan Türkiyə millisinin bu turdakı rəqibi Norveç olub. Görüş koronavirus pandemiyası səbəbiylə Norveçdə deyil, İspaniyada keçirilib. Türklər bu oyunda darmadağına seviniblər. Qrupun digər matçında Niderland Latviyanı məğlub edib.

27 mart

H qrupu

Rusiya – Sloveniya 2:1
Qol
: Dzyuba, 26; 35 – İliçiç, 36.

Xorvatiya – Kipr 1:0
Qol
: Paşaliç, 40.

Slovakiya – Malta 2:2
Qol
: Ştreleç, 49. Şkrinyar, 53 – Qambin, 16. Satariano, 20.

G qrupu

Monteneqro – Cəbəllütariq 4:1
Qol
: Beqiray, 25. Şimiç, 43. Tomaşeviç, Yovetiç, 80 – Stayç, 30-pen.

Norveç – Türkiyə 0:3
Qol
: O.Tufan, 4; 59. Ç.Söyüncü, 28.

Niderland – Latviya 2:0
Qol
: Berqeys, 32. De Yonq, 69.

E qrupu

Belarus – Estoniya 4:2
Qol
: Lisakoviç, 45-pen; 84. Kendiş, 64. Savitski, 81 – Anier, 31; 55.

Çexiya – Belçika 1:1
Qol
: Provod, 50 – Lukaku, 60.

A qrupu

Serbiya – Portuqaliya 2:2
Qol
: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.

İrlandiya – Lüksemburq 0:1
Qol
: J.Rodriqes, 85.

28 mart

D qrupu

17:00 Qazaxıstan – Fransa
22:45 Ukrayna – Finlandiya

B qrupu

20:00 Gürcüstan – İspaniya
22:45 Kosovo – İsveç

F qrupu

20:00 Danimarka – Moldova
22:45 Avstriya – Farer adaları
22:45 İsrail – Şotlandiya

İ qrupu

20:00 Albaniya – İngiltərə
22:45 Polşa – Andorra
22:45 San Marino – Macarıstan

J qrupu

20:00 Ermənistan – İslandiya
22:45 Rumıniya – Almaniya
22:45 Şimali Makedoniya – Lixtenşteyn

C qrupu

22:45 Bolqarıstan – İtaliya
22:45 İsveçrə – Litva

Bombardir: Burak Yılmaz (Türkiyə), Tomaş Souçek (Çexiya) – 3 qol.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda