Avropa çempionatında uğur qazandılar, Fərid Qayıbovun qəbulunda oldular - FOTOLAR

12 May 2022 01:50 Digər növlər 800
Avropa çempionatında uğur qazandılar, Fərid Qayıbovun qəbulunda oldular - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb.

Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər.

Cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş