"Uğurlu nəticə üçün gündə 7-8 saat məşq edirik" - FOTO

8 May 2021 23:40 Digər növlər 565
"Uğurlu nəticə üçün gündə 7-8 saat məşq edirik" - FOTO

"Bu, mənim üçün cari mövsümün startıdır. Bakıdakı Dünya Kuboku son illərdə sevimli yarışıma çevrilib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın bədii gümnastı Zöhrə Ağamirova Bakıda təşkil olunan Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

20 yaşlı idmançı bildirib ki, ötən mövsümlə müqayisədə bu dəfəki proqram daha mürəkkəb alındı: "Olimpiadaya yaxşı hazırlaşmaq və orada uğurlu nəticə qazanmaq üçün gündə 7-8 saat məşq edirik".

Zöhrə Ağamirova lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vuraraq, finala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti