Şahinin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi - FOTO

28 Dekabr 2020 23:50 Bizimkilər 1 133
Şahinin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi - FOTO

Vətən müharibəsində şəhid olan baş gizir Şahin Allahyarovun oğul övladı dünyaya gəlib.

Sportinfo.az xəbər verir ki, şəhid atanın əvvəlcədən vəsiyyət etdiyi körpəyə Şahin adı verilib.

Şahin Allahyarov şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda şəhid olacağı halda yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.

Şahin Allahyarov Quba rayonunun Zizik kəndində anadan olub. Ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti