Rəhbərlik baş məşqçiyə təklif etdi - Bura bahalıdır, şəhərə köçək, komandanı gücləndirək

12 Avqust 2025 15:00 Qəbələ 2 672
Rəhbərlik baş məşqçiyə təklif etdi - Bura bahalıdır, şəhərə köçək, komandanı gücləndirək

«Qəbələ» rəhbərliyi baş məşqçi Kaxaber Sxadadzeyə yeni təklif verib.

İdarəçilər əsas komandanın rayondan paytaxta köçürülməsi təşəbbüsü irəli sürüb.

Yönətim mövcud problemləri sadalayıb, Bakıda məskunlaşmağın çıxış yolu olmasını əsaslandırmağa çalışıb.

Onların bildirdiyinə görə, Bakıdan kənarda yerləşmələri səbəbindən bir çox legionerlər bura gəlməkdən imtina edib.

Üstəlik, Qəbələdə qalmaq kluba baha başa gəlir. Belə ki, təkcə aylıq otel və qida xərcləri 40 min manatı keçir. Yalnız yeməyə 20 min manat sərf olunur.

Gürcüstanlı mütəxəssisin diqqətinə çatdırılıb ki, əgər kollektivi Bakıya aparmağa razılıq versə, heyəti daha üst səviyyədə gücləndirmək mümkündür.

Plan reallaşsa, futbolçular üçün kirayə ev tutulacaq. Gündəlik məşqlər isə «Turan Tovuz»un Kurdəxanı qəsəbəsində yerləşən yeni təlim-məşq bazasında keçiriləcək.

Bu praktika «Qəbələ»yə yaxşı tanışdır. «Qırmızı-qaralar» düz 10 il - 2014-2024-cü illər aralığında Bakıda məskunlaşıb.

Yuri Syominin vaxtından başlayaraq, komanda paytaxta üz tutub. 2024-cü ilin martında sükan arxasına keçən Kaxaber Sxadadze iyuldan etibarən bu «ənənə»ni pozub, hamını Qəbələyə qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!