"Qəbələ" nigeriyalı aldı - RƏSMİ

12 Avqust 2025 01:10 Qəbələ 1 517
"Qəbələ" nigeriyalı aldı - RƏSMİ

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.

18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

“Qəbələ” bu yay Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!