Britaniya Kraliçasının mükafatlandırdığı, Ştuxlikinsə vecə almadığı Tofiq Bəhramov...

29 Yanvar 2020 13:54 Azərbaycan Futbolu 1 532
Britaniya Kraliçasının mükafatlandırdığı, Ştuxlikinsə vecə almadığı Tofiq Bəhramov...

Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 95-ci ildönümüdür.

Keçmiş SSRİ, həmçinin Azərbaycan futbol tarixinin bir nömrəli hakimlərindən sayılan Tofiq Bəhramov 1925-ci ilin bu günündə Ağdamda anadan olub.

Futbolçu karyerasına 1943-ci ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"lə oyunda debüt edib. Bir il sonra artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollanıb. Ardından isə "Neftyannik"ə dəvət olunub.

O, Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hakimlik karyerası boyunca saysız-hesabsız beynəlxalq oyunlar idarə etmiş, dünya və Avropa çempionatları, Çempionlar Kuboku və UEFA Kuboku qarşılaşmalarında ədalət təmsilçisi olmuş Bəhramovun adı 1966-cı ilin DÇ finalından sonra tarixə qızıl hərflərlə düşüb. İngiltərə - AFR (4:2) görüşündə yan xətt hakimi olan həmyerlimiz verdiyi inanılmaz qərarla tarixdə unudulmayacaq iz buraxıb. Dünya futbolu tarixində Britaniya kraliçası II Elizabet tərəfindən "Qızıl ilahə" və "Qızıl fit" mükafatını qazanmış yeganə hakimin də Bəhramov olması təsadüfi deyil.

Hakimlikdən sonra - 1975-ci ildə "Neftçi"yə qayıdan Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib. O, "Neftçi"nin rəisi vəzifəsində də çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.

Bu gün azərbaycanlı bəzi veteran və hazırda fəaliyyət göstərən hakimlər onun məzarını ziyarət ediblər. Yalnız hakimlər?..Hətta Bəhramovun yarısının yarısından da savadsız, bacarıqsız, havayıyeyən Frits Ştuxlik də yox?...

Elvin

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti