Hava ilə bağlı xəbərdarlıq - Respublika ərazisində

24 İyul 08:00 Araşdırma 471
Hava ilə bağlı xəbərdarlıq - Respublika ərazisində

İyulun 24-ü gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağının ehtimal olunduğu qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!