"Qalatasaray" derbidə "Beşiktaş"ı necə məğlub etdi? - VİDEO

29 Oktyabr 2024 10:20 Türkiyə 865
"Qalatasaray" derbidə "Beşiktaş"ı necə məğlub etdi? - VİDEO

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"a qalib gəlib.

Sportinfo.az xəbər verir ki, İstanbul derbisi X tura təsadüf edib.

"Rams Park"da keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 13-cü dəqiqədə "sarı-qırmızılar"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib.

90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

"Sarı-qırmızılar" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM