Azərbaycanın idman dünyasının "QIZIL ADAMLARI" - VİDEO

19 May 2020 21:20 Tokio-2020 1 032
Azərbaycanın idman dünyasının "QIZIL ADAMLARI" - VİDEO

Azərbaycan ilk dəfə Olimpiya Oyunlarına 1996-cı ildə müstəqil dövlət kimi qatılıb və həmin tarixdən etibarən bütün oyunlara idmançı göndərilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan idmançıları bu günə qədər Olimpiya Oyunlarında cəmi 43 medal qazanıb.

Əldə olunan medallar güləş, atıcılıq, boks, cüdo, ağır atletika, kayak və kanoe və taekvondo idman növlərinə aiddir. 1996-cı ildən bəri Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə 7 qızıl medal əldə ediblər:

1. Azərbaycan üçün ilk qızıl medalı 2000-ci ildə Sidneydə Zemfira Meftahətdinova qazanıb (Sidney 2000, stend atıcısı).

2. Eyni Olimpiyadada, ölkə üçün ikinci ən yüksək mükafata sərbəst güləşçi Namiq Abdullayev yiyələnib (Sidney 2000, 52 kq).

3. Azərbaycanın üçüncü qızıl medalını Fərid Mansurov 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada qazanıb (Afina 2004, Yunan-Roma güləşi, yüngül çəki).

4. 2008-ci ildə Elnur Məmmədli finalda rəqibini 13 saniyə ərzində məğlub edərək daha bir qızıl əldə edib və dünya rekordunu müəyyənləşdirib (Pekin-2008, cüdo, 73 kq-a qədər).

5. Ən yüksək mükafatı beşinci dəfə 2012-ci ildə güləşçi Toğrul Əsgərov qazanıb (London 2012, sərbəst güləş, 60 kq).

6. London Olimpiyadasında güləşçi Şərif Şərifov Azərbaycana altıncı qızıl medalı qazandırıb (London 2012, sərbəst güləş, 84 kq).

7. Ölkəyə sonuncu qızıl mükafatı taekvondoçu Radik İsaev (Rio-de-Janeyro-2016, taekvondo, 80 kq-dan yuxarı) gətirib.

Qeyd edək ki, yeddi qızılla yanaşı, qazanılan 43 medalın 11-i gümüş, 25-i bürüncdür. Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarında 1998-ci ildən bəri iştirak edirlər, lakin onlardan heç biri medal qazana bilməyib.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?