COP29

Mübariz Mənsimovun ən yaxın adamı "Qarabağ"ı ziyarət etdi, Qurban Qurbanov dedi ki… VİDEO+FOTO

22 İyun 14:00 Qarabağ 4 510
Mübariz Mənsimovun ən yaxın adamı "Qarabağ"ı ziyarət etdi, Qurban Qurbanov dedi ki… VİDEO+FOTO

Tanınmış peşəkar kikboksçu Pərviz Abdullayev yeni mövsümün hazırlıqlarına başlayan "Qarabağ"ın düşərgəsini ziyarət edib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandanın təmsil etdiyi Ağdam şəhərindən olan altıqat dünya çempionunu futbolçulara şəxsən təqdim edib.

Təcrübəli mütəxəssis Abdullayevə azarkeşlik etdiyini deyib.

"Kobra" ləqəbli idmançı isə öz növbəsində kollektivilə görüşə görə şad olduğunu bildirib. O, "Qarabağ"ı fəxrlə izlədiyini və uğurlarından şad olduğunu bildirib.

Pərviz "köhlən atlar"a Çempionlar Liqasında uğurlar arzulayıb.

Daha çox Türkiyədə yaşayan idmançı ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan "Bayer Leverkuzen" ilə yaddaqalan oyunlardan sonra qardaş ölkədə Ağdam təmsilçisinə azarkeşlik edənlərin çoxaldığını söyləyib.

P.Abdullayev "Palmali"də çalışır. Tanınmış idmançı "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun mühafizə xidmətinin rəisidir.

O, bir neçə ildir tanınmış iş adamıyla bərabərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti