Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçu daxil etdi – ÇL üçün

18 İyul 2024 17:00 Qarabağ 4 908
Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçu daxil etdi – ÇL üçün

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabian Buntiç, Sadiq Məmmədzadə

Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə

"Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti