
"İldən-ilə daha uğurlu olmağı ən çox istəyən elə bizik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
Azərbaycanın ən güclü klubu bu yay avrokuboklar sezonuna Çempionlar Liqasında başlayacaq. «Köhlən atlar» ikinci təsnifat mərhələsində «Linkoln»la (Cəbbəlütariq) ilə üz-üzə gələcək.
Kolumbiyalı legioner əsas məqsədlərinin ailələrini və azarkeşləri sevindirmək olduğunu söyləyib:
“Çempionlar Liqasında mümkün qədər irəli getmək, qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bu, komandamızda olan hər kəsin məqsədidir.
Düşünürəm ki, yeni mövsümdə yaxşı işlər görə bilərik. Düşərgəmizdə əhval-ruhiyyə həmişə olduğu kimi, yenə də əladır.
Gözəl komandamız var. Böyük nəticələrlə ailəmizi, sevdiklərimizi, azarkeşlərimizi sevindirmək istəyirik.
Onlar əmin olsun ki, biz bunun üçün bütün gücümüzü meydanda qoyacağıq".