"Qarabağ" Zubir problemini çözdü, bu yerə ikinci oyunçu axtarışına çıxdı

17 İyul 2024 14:00 Qarabağ 9 222
"Qarabağ" Zubir problemini çözdü, bu yerə ikinci oyunçu axtarışına çıxdı

Bugünlərdə Abdullah Zubirlə yeni müqavilə imzalayan "Qarabağ" işini ehtiyatlı tutub.

Azərbaycan çempionu Mərakeş əsilli fransalı vmgerlə anlaşsmanın müddətini 3 illik uzatsa da, onun mövqeyinə daha bir transfer etməyə hazırlıq görür.

Qurban Qurbanov hazırda bu işlə ciddi məşğuldur. Təcrübəli çalışdırıcı Zubirə alternativ olaraq gənc bir legioner də aldırmaq niyyətindədir.

Baş məşqçi 23-26 yaşlarında oyunçular arasında seçim etməkdədir. Qurbanovun istəyi anlaşılandır - o, Zubirlə rəqabət apara, sonra da onun yerini tuta biləcək birini indidən hazırlamaq fikrindədir.

Çünki Zubirin yaşı artıq 32-dir və həm avrokuboklarda, həm də Azərbaycan çempionatında eyni səviyyədə çıxış etmək ona çətin olacaq.

Yarımmüdafiəçinin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib.

Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!