
«Qarabağ»ın «Adaqa Demirspor»dan ayrılan Şahruddin Məhəmmədəliyevlə neçə illik müqavilə bağlayacağı məlum olub.
11 aydan sonra geri dörən qapıçı minimum 2 il «köhlən atlar»ın şərəfini qoruyacaq.
Bu müddətdə onun çıxışı məqbul sayılarsa, kontrakt daha 1 il uzadılacaq.
«Şah» 2016-2023-cü illər aralığında Ağdam təmsilçisinin formasını geyinib. Millimizin «1 nömrə»si bura əsas qapıçı kimi dəvət olunmayıb.
O, Fabiyan Buntiçlə ikinci qapıçı statusuna yiyələnmək uğrunda mübarizə aparacaq. Yəni ki, Qurban Qurbanov Məhəmmədəliyevi əsas heyətdə görmür.
Təcrübəli mütəxəssis ondan daha çox ölkədaxili oyunlarda yararlanmağı planlaşdırır. Çünki yaxın günlərdə daha bir qapıçı transferinin həyata keçirilməsi nəzərdə tutulur.
SPORTİNFO.AZ