Səbrsizliklə gözlənilən transferdə son durum - "Qarabağ" 1-1,2 milyon avro ödəsə…

19 İyun 2024 11:30 Qarabağ 11 910
Səbrsizliklə gözlənilən transferdə son durum - "Qarabağ" 1-1,2 milyon avro ödəsə…

«Krasnodar» Kadi Borgesin «Qarabağ»a qayıtmasının əleyhinə deyil.

Bu barədə saytımıza yeni məlumat daxil olub.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, Rusiya klubu Azərbaycan çempionundan aldığı rəsmi təklifi dəyərləndirmək üzrədir.

Yerli premyerliqa təmsilçisi braziliyalı vingeri müəyyən təzminat qarşılığında buraxmağa hazırdır. Həmin məbləğ isə 1-1,2 milyon avro civarındadır.

«Krasnodar» 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında sıralarına qatdığı «sambaçı»nın son satış qiymətini bu qədər müəyyənləşdirib.

Hərçənd «köhlən atlar» Kadinin dönüşünü daha aşağı rəqəmə gerçəkləşdirməyə çalışır.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”