"Qarabağ" Çempionlar Liqasında erməni klubu ilə düşəcək?

19 İyun 2024 11:05 Qarabağ 9 072
"Qarabağ" Çempionlar Liqasında erməni klubu ilə düşəcək?

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq.

Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma "Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionununu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.

Səpələnməmişlər

PAOK

"Makkabi" (Tel-Əviv)

"Ferentsvaroş"

"Qarabağ"

"Slovan" – "Struqa" cütünün qalibi

"Bodo Qlimt"

"Ludoqorets" – "Dinamo" (Batumi) cütünün qalibi

"Mityulland"

"Sparta"

"Malmö"

APOEL

"Panevejis" – HİK cütünün qalibi

Səpələnməmişlər

TNS ("De Nyu Sayns") – "Deçiç" cütünün qalibi

"Borats" – "Eqnatiya" cütünün qalibi

"Hamrun" – "Linkoln" cütünün qalibi

"Balkani" – "Santa Koloma" cütünün qalibi

"Flora" – "Selye" cütünün qalibi

"Klaksvik" – "Differdanj" cütünün qalibi

RFŞ – "Larne" cütünün qalibi

"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi

"Virtus" – "Styaua" cütünün qalibi

"Ordabası" – "Petrokub" cütünün qalibi

"Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi

"Yagelloniya"

İkinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək. (Oxu.az)

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”