“Juninyo “Qarabağ”da qalsa, Mahir Emreli də gəlsə...”

4 İyul 2024 02:30 Qarabağ 4 686
“Juninyo “Qarabağ”da qalsa, Mahir Emreli də gəlsə...”

"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Rahid Əmirquliyev sportal.az-a açıqlama verib.

Ağdam klubunun sabiq üzvü Azərbaycan çempionunun transfer siyasətindən danışıb.

O, artıq geridönüşü realaşan Musa Qurbanlı barədə bunları deyib:

"Musa Qurbanlı cavandır, perspektivli futbolçudur. Onu deyə bilmərəm ki, əsas heyətə düşə biləcək ya, yox.

Juninyo Olavio qalsa, Mahir Emreli də gəlsə, "Qarabağ"ın hücum xəttində çox güclü rəqabət olacaq.

Doğrudur, Kadi Borgesin adı da mətbuatda yayılıb. Mahir Emreli və Kadi Borges yüksək səviyyəli futbolçulardır.

"Qarabağ"ın heyətinə baxaq, hər şey çox yaxşı görünür. Bayaqdan adını çəkdiklərim futbolçuların hamısı istənilən komandanı gücləndirə biləcək səviyyədədirlər".

Azərbaycan millisində də oynamış Əmirquliyev 201a6-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”