Təhlükəsizlik Xidməti “Qarabağ”ın əməkdaşları ilə nə barədə söhbət etdi? - FOTOLAR

4 İyul 2024 01:20 Qarabağ 1 725
Təhlükəsizlik Xidməti “Qarabağ”ın əməkdaşları ilə nə barədə söhbət etdi? - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən “Qarabağ”ın əməkdaşları üçün maarifləndirmə tədbiri həyata keçirilib.

Ümumilikdə 22 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd olunan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil etmək, fərdlərin bilik səviyyəsini yüksəltmək, həmçinin dövlət orqanlarında (qurumlarında), özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaqla kibergigiyenanı təmin etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”