"Qarabağ" braziliyalı ilə neçə illik müqavilə imzalayacaq? - SON DƏQİQƏ

20 İyun 2024 14:00 Qarabağ 11 580
"Qarabağ" braziliyalı ilə neçə illik müqavilə imzalayacaq? - SON DƏQİQƏ

«Qarabağ»la «Krasnodar» arasında gedən danışıqlar son mərhələdədir.

Kadi Borges, böyük ehtimalla, ən qısa müddətdə Azərbaycana təşrif buyuracaq.

Braziliyalı vinger köhnə-yeni klubu ilə müqaviləyə imza atacaq və təlim-məşq toplanışının ilk mərhələsində iştirak edəcək. «Sambaçı»nın «köhlən atlar»la anlaşması 3 illik nəzərdə tutulub.

Rusiya klubu Azərbaycan çempionundan aldığı rəsmi təklifi dəyərləndirmək üzrədir.

Yerli premyerliqa təmsilçisi braziliyalı vingeri müəyyən təzminat qarşılığında buraxmağa hazırdır. Həmin məbləğ isə 1-1,2 milyon avro civarındadır.

«Krasnodar» 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında sıralarına qatdığı «sambaçı»nın son satış qiymətini bu qədər müəyyənləşdirib.

Hərçənd «köhlən atlar» Kadinin dönüşünü daha aşağı rəqəmə gerçəkləşdirməyə çalışır.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”