"Qarabağ"ı Böyük Britaniyanın məşhur klubuna dəyişir - SON DƏQİQƏ

28 İyun 2024 11:00 Qarabağ 13 256
"Qarabağ"ı Böyük Britaniyanın məşhur klubuna dəyişir - SON DƏQİQƏ

«Qarabağ»ın qapıçısı Luka Quqeşaşvili yeni dəvət alıb.

25 yaşlı kiperə bu dəfə Şotlandiyadan təklif gəlib.

Üç il öncə avrokuboklarda «köhlən atlar»a rəqib olmuş «Aberden» gürcü «əlcək sahibi»nin qapısını döyüb.

Luka hazırda Almaniyadadır - ölkəsinin millisinin heyətində Avropa çempionatına aparılıb. O, qitə birinciliyindən sonra yeni klubunu müəyyənldəşdirəcək.

99 faiz ehtimalla, «Qarabağ»da qalmayacaq.

Böyük Britaniya təmsilçisi Azərbaycan çempionunun «Yagelloniya»dan (Polşa) heyətinə qatdığı və 2 illik müqaviləsi qüvvədə olan qapıçıya görə təzminat ödəyəcək.

Məbləğ tərəflər arasında aparılacaq danışıqlar prosesinin son fazasında dəqiqləşəcək.

Bu da bilinir ki, Luka «Aberden»ə yollanmağa həvəs göstərir. «Qarabağ»da «1 nömrə» olmaq ehtimalı yenə çox azdır.

Andrey Lunyovla vidalaşan ağdamlılar «Vizela»dan (Portuqaliya) Fabiyan Buntiçlə müqavilə bağlayıb və bu mövqeyə daha bir transfer etməyə hazırlaşır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”