"Qarabağ"dan heç kimin gözləmədiyi transfer əməliyyatı – SON DƏQİQƏ

28 İyun 2024 13:00 Qarabağ 19 462
"Qarabağ"dan heç kimin gözləmədiyi transfer əməliyyatı – SON DƏQİQƏ

Yunanıstan yığmasının qapıçısı Andreas Yanniotis «Qarabağ»la danışıqlar aparır.

Ağdam klubundan redaksiyamıza daxil olan informasiyaya görə, 31 yaşlı kiperin meneceriylə görüşmələr bir müddət əvvəl başlayıb.

2018-ci ildən ölkəsinin əsas millisinə dəvət alan «əlcək sahibi» karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşır. Çünki o, avrokuboklarda oynamaq və özünü göstərmək iddiasındadır.

İndi isə onun belə bir imkanı yoxdur. 2023- cü ilin sentyabrından Türkiyədə - «Kasımpaşa»da çıxış eləyən yunan buradan ayrılmağa hazırdır.

Gələn ilin yayınadək İstanbul təmsilçisinə məxsus olan elladalı legioner «Apollon Kalamarias»un yetirməsidir.

Peşəkar karyerasına 2011-ci ildə «Etnikos Qazoros»da başlayan Andreas növbəti 5 ildə «Olimpiakos»a aid olub. Bu illər ərzində icarə əsasında «Fostiras», «PAS Qiannina» və «Panionios»nun formasını geyinib.

2017-ci ildə «Atromitos»un yolunu tutub, 1 il sonra yenidən «Olimpiakos»a dönüb. 2019-2021-ci illəri İsraildə, «Makkabi»də (Təl-Əviv) keçirib.

2021-2023-cü illər aralığında ikinci dəfə «Atromitos»un uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”