Qurban Qurbanovun tanış hücumçunu "Qarabağ"a gətirmək niyyəti olubmu?

18 İyul 2024 19:32 Qarabağ 6 542
Qurban Qurbanovun tanış hücumçunu "Qarabağ"a gətirmək niyyəti olubmu?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Neftçi"yə keçidi iyulun 16-da rəsmiləşdi.

28 yaşlı hücumçu 3 illik müqavilə imzalandı. O, paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi "Kocaelispor" olub.

Ramil Şeydayev daha əvvəl də üç dəfə Azərbaycan Premyer Liqasında oynayıb. 2017-18 və 2021-23-cü illərdə "Qarabağ", 2020-2021-ci ildə isə "Sabah"da çıxış edib.

Dünəndən bəri bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə yeni iddia irəli sürülüb. Bildirilib ki, Qurban Qurbanov yaxşı tanıdığı forvardı üçüncü dəfə «Qarabağ»a qaytarmağa çalışıb.

O da qeyd olunur ki, «köhlən atlar» bu niyyətlə «Kocaelispor»a müraciət edib. Fəqət, Türkiyənin aşağı liqa təmsilçisi millimizin hücumçusunu «Qarabağ»a havayı buraxmaq istəməyib.

Bildirək ki, bu, kökündən yanlış xəbərdir. Azərbaycan çempionu sabiq oyunçusuna dəvət göndərməyib. Klublar arasında da heç bir danışıqlar olmayıb, görüşmələr keçirilməyib.

Qurbanov «Qarabağ» rəsmiləri ilə söhbətlərinin heç birində Ramilin adını çəkməyib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”