Klubun birinci şəxsi tanınmış futbol adamının iş yerini dəyişdi

12 İyul 2024 19:40 Qarabağ 1 581
Klubun birinci şəxsi tanınmış futbol adamının iş yerini dəyişdi

«Turan Tovuz»un sabiq idman direktoru Nadir Nəbiyev İdarə Heyətinin sədri Ehtiram Quliyevdən yeni təklif alıb.

Rəhbər uzun illərdir burada çalışan funksioner vəzifəsini dəyişməsini məsləhət görüb.

Nəbiyev bundan sonra İdarə Heyətində üzv kimi fəaliyyət göstərəcək.

O, bununla əlaqədar klub tərəfindən verilmiş xidməti avtomobili geri qaytarıb.

E.Quliyev ötən mövsümün gedişində «Turan»da struktur islahatı aparıb. Buna əsasən, N.Nəbiyevin səlahiyyət dairəsi dəyişib.

Əvvəl əsas komanda da daxil olmaqla, klubun bütün sahələrinə məsuliyyət daşıyırdısa, struktur dəyişliyi nəticəsində ona yalnız akademiyanın fəaliyyətinə nəzarət tapşırılmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”