“Qarabağ”dan belə bir vəd: “Əlimizdən gələni ortaya qoyacağıq”

12 İyul 2024 01:10 Qarabağ 3 950
“Qarabağ”dan belə bir vəd: “Əlimizdən gələni ortaya qoyacağıq”

"Qarabağ"ın Avstriyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Bəhlul Mustafazadə klubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq.

Komandamızın daxilində əla əhval-ruhiyyə var. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.

Mustafazadə “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunlarının faydasını vurğulayıb:

“Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi.

Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.

Müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin “Hamrun Spartans” – “Linkoln” oyununa da toxunub:

“Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir.

Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı analizlərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir.

Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk