"Qarabağ" üçün Estoniyada çempionluq ziyafəti - FOTOLAR

11 İyul 2024 21:00 Qarabağ 1 243
"Qarabağ" üçün Estoniyada çempionluq ziyafəti - FOTOLAR

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandasının Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olmasını xəbər vermişdik.

Çempion kollektiv ilk təbriki də elə Tallində alıb.

Bunu Estoniya paytaxtında yaşayan həmyerlilərimiz edib.

Belə ki, uzun müddətdir Tallində yaşayan Elgün və Elvin qardaşları təqdirəlayiq addımla yadda qalıb.

Qardaşlar komandamızın şərəfinə sahibi olduqları "Armudu" restoranlar şəbəkəsində ziyafət təşkil ediblər.

Həmyerlilərimiz tədbirdə çempion olan komanda üzvlərinin ünvanına xoş sözlər səsləndirib və gələcək karyeralarında uğur arzulayıblar.

Sonda Ağdam təmsilçisinin nümayəndələri klubun atributlarını onlara hədiyyə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...