“Futbolu sevirlər, oynayırlar, görək 3-5 ildən sonra necə olacaqlar”

10 İyul 2024 23:40 Qarabağ 775
“Futbolu sevirlər, oynayırlar, görək 3-5 ildən sonra necə olacaqlar”

“İndi böyük oğlum ən çətin dönəmdə - keçid dövründədir.

Bu dövrü uğurla keçə bilsə və futbola olan sevgi onu tərk etməsə, yaxşı futbolçu olacağına ümid edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq müdafiəçisi Maksim Medvedev deyib.

Karyerasını 34 yaşında kapitan kimi bitirən müsahib övladlarından ikisinin də futbolla məşğul olmasından danışıb. Görəsən, onlar gələcəyin Maksimi ola biləcəklər?
Atanı dinləyək:
“Uşaqların əksəriyyəti 14-15 yaşına çatanda özünə rahat olan sənətə üz tutur. Bir gün gəlib deyə bilər ki, etdiklərinizə görə təşəkkür edirəm, mən özümü filan sahədə görürəm. Həmin an heç nə edə bilməzsən, yalnız içində ağlamaqla kifayətlənəcəksən. Axı bu qədər əziyyət çəkmisən, xərc qoymusan. Valideynlər bu kimi hallara hazır olmalıdır. Məsələn, mən özümü çətin də olsa, buna hazırlamışam. Hələ ki, futbolu sevirlər, oynayırlar, görək 3-5 ildən sonra necə olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti