COP29

"Qarabağ" "Viktoriya"ya qalib gəldi - Yenilənib - 2

9 İyul 22:10 Qarabağ 904
"Qarabağ" "Viktoriya"ya qalib gəldi - Yenilənib - 2

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. "Qarabağ" bu oyunda az oyun şansl qazanan futbolçularla çıxış edib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gəlib və rəqibini 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi bu oyunda əsas heyətlə mübarizə aparıb.

Qeyd edək ki, "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

9 iyul

"Qarabağ"- "Viktoriya" (Plzen) - 2:1

Qollar: Leandro Andrade, 22 (1:0), 44 (2:0), Kristof Kabonqo, 49 (2:1)

"Qarabağ" - "Kayzerslautern" - 1:3

Qollar: Yannis Heuer, 23 (0:1), Marlon Ritter, 39 (0:2),Boris Tomyak, 47 (0:3), Elvin Cəfərquliyev, 70 (1:3)

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?