Avropada "Qarabağ"ın məktəbi açılacaq? - FOTOLAR

9 İyul 2024 22:20 Qarabağ 1 748
Avropada "Qarabağ"ın məktəbi açılacaq? - FOTOLAR

"Qarabağ"ın U-16 futbol komandası Tallinndə turnirdə olduğu müddətdə qonaq nümayəndələrlə "Viimsi FK Qarabağ" (Tallinn) rəhbərliyi arasında işgüzar görüş keçirilib.

Görüş zamanı "Qarabağ" rəsmiləri ötən mövsümün yekunları üzrə komandanın nailiyyətləri və uğurları, yeni mövsümün hədəfləri və məqsədləri ilə tanış olublar.

Görüşdə Tallinndə "Qarabağ" futbol məktəbinin açılması, hər iki klubun birgə tədbirlər və aksiyalar vasitəsilə mübadiləsi, birgə əməkdaşlıq və "Qarabağ"dan dəstək göstərilməsi barədə müzakirələr aparılıb.

Hər iki klubun rəsmiləri komandalar arasında əməkdaşlığın hər iki tərəfə fayda gətirəcəyinə, Estoniyada futbol və futzalın inkişafına kömək edəcəyinə əmin olduqlarını bildiriblər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”