COP29

“Kadi bizə çox kömək edəcək, “Qarabağ”la necə oynadığını görmüşdük”

9 İyul 14:20 Qarabağ 1 202
“Kadi bizə çox kömək edəcək, “Qarabağ”la necə oynadığını görmüşdük”

“Ferentsvaroş”un idman direktoru Tamaş Haynal yeni transferləri Kadi Borges haqda danışıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, braziliyalı yarımmüdafiəçini "Qarabağ"da çıxış edərkən onlara qarşı oyunlarda bəyəndiklərini bildirib:

"Kadini təqdim etməyə ehtiyac yoxdur. Çünki bir müddət əvvəl onun bacarıqlarını biz şəxsən təcrübədən keçirmişik.

Çempionlar Liqasında “Qarabağ”la oyunda onun komandamıza qarşı necə oynadığını görmüşdük. O, istər fiziki hazırlığı, istərsə də öz fərdi oyunu ilə seçilir.

Kadi daimi qol təhlükəsi yaradan, səviyyəli və təcrübəli oyunçudur. Biz onun mümkün qədər tez uyğunlaşmasını gözləyirik.

Elə ilk vaxtlardan Kadi hücumda bizə çox kömək edəcək".

"Qarabağ" 2022-2023 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentvaroş"la mübarizədən qalib (1:1. 3:1) ayrılıb. Kadi Borges 2021-2023-cü illərdə “Qarabağ”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?