"Qarabağ" bu gün Avstriyada iki oyuna çıxacaq - CANLI YAYIM

9 İyul 2024 13:20 Qarabağ 1 319
"Qarabağ" bu gün Avstriyada iki oyuna çıxacaq - CANLI YAYIM

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi