Qurban Qurbanov bu futbolçu ilə bağlı son qərarını Avstriyada verəcək

10 İyul 2024 21:00 Qarabağ 4 602
Qurban Qurbanov bu futbolçu ilə bağlı son qərarını Avstriyada verəcək

"Qarabağ"ın Avstriya toplanışı davam edir.

Artıq 4 gündür Tirolda məskunlaşan komandanın düşərgəsində gənc İbrahim Ramazanov da yer alıb.

Amma baş məşqçi Qurban Qurbanov hələ də istedadlı gənclə bağlı son qərarını verməyib.

Təcrübəli mütəxəssis yekun rəy üçün təlim-məşq toplanışının sonunu gözləməyi məqsədəuyğun hesab edib.

Yalnız onda İbrahimin komandada qalıb-qalmayacağı dəqiqləşəcək.

19 yaşlı gənc futbolçu "Qəbələ"nin yetirməsidir.

O, arxada qoyduğumuz mövsüm əsas komandada debüt edib.

2023/24 mövsümünün son 4 matçında meydanda olan İbrahim Qurban Qurbanovun diqqətini üzərinə çəkə bilib.

Çalışdırıcı onun performansını yaxından görmək üçün yeni mövsümə hazırlığın ilk günündən futbolçunu düşərgəyə dəvət edib.

İbrahim Ramazanov həm də gənclər millimizin üzvüdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”