"Qarabağ" dünya reytinqində “qan edir” - 14 pillə irəlilədi

7 İyul 2024 11:30 Qarabağ 3 791
"Qarabağ" dünya reytinqində “qan edir” - 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xal) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75 xal) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti