"Qarabağ" 1 milyon avroluq təklifi geri çevirdi

5 İyul 2024 20:40 Qarabağ 8 387
"Qarabağ" 1 milyon avroluq təklifi geri çevirdi

"Qarabağ"ın legioneri Julio Romaonun "Ferentsvaroş"a transfer ola biləcəyi yenidən gündəmə gəlib.

Bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

"Csakfoci" portalı Macarıstan nəhənginin "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisini transfer siyahısına daxil etdiyini yazıb.

"Ferentsvaroş" ötən mövsüm Romaoya gözünü dikmişdi. Onun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

26 yaşlı futbolçu 2020-2022-ci ildə “Santa-Klara”da oynadıqdan sonra iki il əvvəl “Qarabağ”a keçib.

"Ferentsvaroş"un planı həyata keçməyəcək. Ağdam klubu artıq onları bu barədə bilgiləndirib. «Köhlən atlar» Romaonu satmağı planlaşdırmadıqlarını macarlara elan edib.

Baxmayaraq ki, "Ferentsvaroş"un təklif elədiyi təzminatın məbləği kifayət qədər böyükdür. Fəqət, 1 milyon avro "Qarabağ"ı şirnikləndirməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”